Azərbaycanda 2 əsrlik su quyusu - VİDEO

 Bu cür bulaqlar Azərbaycanda 2 yerdə var.
 Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Tovuzdur. Rayonun Yuxarı Öysüzlü kəndi də buna əyani misaldır. 
 Tovuzun Yuxarı Öysüzlü kəndi 19-cu əsrə aid abidələrlə zəngindir. Ərazidə, həmçinin çoxlu su quyuları var. Şirin su mənbəyi olan ovdan tipli, yəni qayalardan gələn təbii bulağın sayı isə təkdir. Ümumiyyətlə, bu cür bulaq Azərbaycanda cəmi 2 yerdə - Qobustanda və Yuxarı Öysüzlü kəndindədir. 200 ildən çox yaşı olan şirin su mənbəyinin dərinliyi 12 metrdən artıqdır.
 Hacı Ağaməhəmməd tərəfindən inşa olunan bulağı Molla Bağır, Hacı Ağaməhəmməd və Damlı bulaq da adlandırırlar. Çirklənməsin deyə sonradan üzəri bağlanıb, ətrafında qoruyucu bəndlər tikilib. Daşların üstünə ərəb hərfləri ilə həkk olunan yazılar buraya gələn turistlərin diqqətini cəlb edir. 
 Azərbaycanın keçmişini, adət ənənələrini özündə əks etdirən abidələrimizin mühafizəsinə, bərpa olunmasına hər zaman diqqət göstərilməlidir. Elə haqqında
danışdığımız, iki əsrlik tarixə şahidlik edən bulağın da... (Region TV)   

 

 Bizimesr.az


Загрузка...




Oxunub: 6760 dəfə