7 min km yol sürdülər, Bakıda velosipedləri oğurlandı

Bakıda əcnəbi idmançının velosipedi oğurlanıb. Lent.az xəbər verir ki, bu barədə həvəskar velosipedçi Rauf Zeyniyev sosial şəbəkə vasitəsi ilə məlumat verib. O bildirib ki, Valentin adlı velosipedçi 2 yoldaşı ilə bir ildir, Fransadan başlayıb Almaniya, Balkanlar, Yunanistan, Türkiyə, İraq, İran və Gürcüstandan keçib Bakıya gəlib.

 
Bir həftə əvvəl Bakıya çatan velosipedçilər buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyiblər. Lakin Bakıda olarkən naməlum şəxslər onların velosipedlərini oğurlayıb: “Valentin velosipedini  iki zəncirlə mənim evimin balkonuna  bağlamışdı, kəsib oğurlayıblar” deyə, R.Zeyniyev əlavə edib.
 

Faktla bağlı araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 

Загрузка...


Oxunub: 31350 dəfə