Qudrət Şükürov köhnə liftləri necə "təzə" edirmiş - ŞOK FAKTLAR

Qızına 400 minlik toy etməklə adı mətbuatın gündəmindən düşməyən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürov barədə redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub. 

İlk öncə onu deyək ki, Qüdrət Şükürov barəsində hansı formalı araşdırmaların aparılıb-aparılmağıdı barədə heç bir rəsmi məlumat verilmir. Görünür, heç bir araşdırma falan aparılmayıb. Nədənsə mətbuatda işıqlandırılan faktlar aidiyyatı qurumların diqqət və marağını cəlb etməyib.

Bütün bunların fonunda "Bizimxeber.az"-ın elektron ünvanına daxil olan məlumatlar daha maraqlı olduğu üçün işıqlandırırıq. Daxil olan məlumata görə, Qüdrət Şükürova məxsus lift şirkəti əsasən Yunanıstan istehsalı olan liftlərin ölkəyə gətirilməsi işini həyata keçirir. Yunanıstandakı lift istehsalçıları ilə konkret razılıq əsasında çalışan Q.Şükürov bu sahəni illərdir monopoliyada saxlayır.

Məlumatda qeyd olunur ki, Qüdrət Şükürov bu işi qardaşı Mətləb Şükürova həvalə edib. Oradan alınan ucuz liftlər Bakıda dövlət idarələrinə iki dəfə baha satılır. Təbii ki, bu təmir işini həyata keçirən şirkətin rəhbəri ilə razılaşma əsasında həyata keçirilir.

Daha bir maraqlı fakt isə köhnə liftlərin rənglənərək təzə adı altında satılmasıdır. Belə bir hal bir müddət əvvəl baş verib. Amma bu işin üstü qısa müddətdən sonra açılıb. Belə ki, Bakının Günəşli qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yarmçıq tikilidə quraşdırılan köhnə lift çıxarılaraq idarənin təmir bürosuna aparılıb. Rənglənib, motor və müəyyən hissəsi dəyişdirilərək 160 min manata rəsmiləşdirilərək müqavilə əsasında Lerik rayon Mərkəzi Xəstəxanasına aparılıb və quraşdırılıb.

Bir neçə gündən sonra xəstəxanada təmir-tikinti işlərini həyata keçirən məmurlardan biri liftə baxış keçirərkən Şürürovun bu əməlini bilib. Dərhal göstəriş verilib ki, lift dəyişdirilisin. Daha sonra həmin köhnə liftin yerinə GİLAN istehsalı olan qiyməti 60 min manatlıq təzə lift Lerik Mərkəzi xəstəxanasında quraşdırılıb.

Q.Şükürovun bu əməlləri barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehralıyev təbii ki, məlumatlı olub.

Redaksiyanın elektron ünvanına Şükürov barədə daha bir neçə ilginc məlumat daxil olub. İllər əvvəl avtomobilindən oğurlanan külli miqdarda pul, onların kimləırin dəstəyi ilə geri qaytarılması, cinayətkarların tapılmasında kimlərin dəstəyindən istifadə olunması və sairə barədə maraqlı məlumatlar daxil olub.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 32880 dəfə