"Samsung" yeni bir ilkə imza atdı (VİDEO)

"Samsung" şirkəti dünyada bir ilkə imza atıb.

Belə ki, şirkət dünyada ilk olan elastik AMOLED adlandırılan ekranı nümayişə çıxarıb. Ekranın prototipi Display Week 2017-də nümayişə çıxarılıb və istehsalçılar modelin hər bir detalını bütün incəliyi ilə təqdim ediblər. 

"Qaynarinfo" "Lenta"ya istinadən bildirir ki, təqdim olunan monitorun diaqonalı 9,1 düyümdür və  heyrətləndirici elastikliyə malikdir. 

Yeni kəşfin əsas fərqləndirici tərəfi ekranın hər 2 tərəfə bükülə bilməsidir. Şirkət tərəfindən bildirilib ki, ekranı heç bir zərər vermədən 12 mm kiçiklikdə qatlamaq mümkündür. Və bu zaman ekran işini saxlamadan şəkilləri göstərməyə davam edir.

"Samsung" iddia edir ki, elastik ekran hər növ elektron avadanlıqlarda və avtomobillərdə istifadə oluna bilər. Lakin bu özəlliklərinə baxmayaraq şirkət yeni texnologiyanı öz məhsullarında istifadə etmək niyyətində deyil. 

Yayılan məlumatlara görə, 2017-ci ilin sonunda şirkət əyilə bilən xüsusiyyətə malik yeni smartfon buraxmaq niyyətindədir.

Bizimesr.az


Загрузка...




Oxunub: 4060 dəfə