Xuramanın geyimi tənqid olundu - foto+video

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi və reper Səid Əliyevin (Dado) ötən gün oğlan toyu olub.
Axşam.az-ın məlumatına görə, toy mərasiminə qatılan müğənni Xuraman Şuşalı geyimi ilə diqqət çəkib. Belə ki, sənətçi qara libas geyinib, üzünü isə qızılı aksessuarla bağlayıb. Xuramanın niqabı ərəb rəqqasələrini xatırladıb.
Xuraman görüntülərini sosial şəbəkədə yayımlayıb. İfaçının bu görünüşü tənqidə səbəb olub. Daha sonra sənətçi şərh yerini bağlayıb və yazılan fikirləri silib.
Qeyd edək ki, X.Şuşalı açıqlamasında içki məclisinə getmədiyini, buna görə Natavanın toyuna qatılmayacağını söyləmişdi. Amma ifaçı qız toyuna gedib və sona kimi iştirak edib. Daha sonra isə açıqlama vermişdi ki, Natavan guya məclisdə ona görə içki verməyib. Toyda iştirak edən bütün qonaqlar isə məclisdə içki olduğunu təsdiqləyib.

 


Загрузка...




Oxunub: 4810 dəfə