Sabiq futbolçu prezident olmaq istəyir

  • Bölmə: Dünya  
  • Tarix: 2 avq 2017 [11:38]

Liberiya yığmasının sabiq futbolçusu və “Qızıl top” mükafatının sahibi Corc Vea ölkəsində prezidentliyə namizədliyini irəli sürüb.“Report”un “Bloomberg”ə istinadən verdiyi məlumata görə, 51 yaşlı veteran Liberiyada ikinci dəfə seçkiyə qatılmağa qərar verib.

O, 2005-ci ildə namizəd olduğu seçkidə Afrika qitəsində ilk qadın prezidenti adını qazanan Elen Conson-Serlifə uduzub.

Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində “Milan”, “Monako”, PSJ, “Marsel”, “Çelsi” və “Mançester Siti” kimi klublarda çıxış edib. O, 1995-ci ilin “Qızıl top” mükafatına layiq görülüb.

Bizimesr.az


Загрузка...


Oxunub: 13900 dəfə