“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

  • Bölmə: İdman  
  • Tarix: 12 avq 2017 [15:33]

İspaniyanın “Real Madrid” klubu əsas komandanın baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq.“Report” xəbər verir ki, bunu "AS" nəşri yazıb.Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Z.Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 1980 dəfə