“Barselona” 40 milyon avro ödəyəcək

  • Bölmə: İdman  
  • Tarix: 14 avq 2017 [14:30]

Braziliya milli komandasının və Çinin “Qunaçjou Everqrand” klubunun futbolçusu Paulinyo karyerasını İspaniya “Barselona”sında davam etdirəcək.“Report” sport.es saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi avqustun 17-də Kataloniya təmsilçisi ilə müqavilə bağlayacaq. Məlumatı Çin komandasının baş məşqçisi Luis Felipe Skolari də təsdiqləyib.

“Barselona”nın Paulinyo üçün “Qunaçjou Everqrand”a 40 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 2013 - 2015-ci illərdə İngiltərənin “Tottenhem” klubunda çıxış etmiş Paulinyo Çinə 17 milyon avro qarşılığında yollanıb. O, “Qunaçjou Everqrand”ın heyətində 54 oyuna 14 qol vurub.

Bizimesr.az


Загрузка...


Oxunub: 4100 dəfə