Məhkəmə hakimi cinayətkarı güllələdi

  • Bölmə: Dünya  
  • Tarix: 22 avq 2017 [11:06]

ABŞ-ın Ohayo ştatında məhkəmə hakimi özünü müdafiə etməkdən ötrü silahdan istifadə edib və ona hücum etmiş cinayətkarı güllələyib. "Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Styubenvill şəhərində, məhkəmə binasının yanında baş verib. Cozef Brazziz işə gələrkən məhkəmə binasının yanında onu gözləyən cinayətkar hakimə atəş açıb. Lakin Brazziz özünü itirməyib. O, tapançasını çıxararaq cavab atəşi açıb. Nəticədə cinayətkar öldürülüb. Bundan əlavə, hakimin köməyinə polis də gəlib.

Nəticədə cinayətkar öldürülüb, xəsarət almış Brazziz isə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 2540 dəfə