Tramp daha bir müşavirini itirdi

  • Bölmə: Dünya  
  • Tarix: 26 avq 2017 [10:48]

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşavirİ Sebastyan Qorka istefa verib. Bildirilir ki, Donald Trampın ən qatı tərəfdarlarından biri olan S.Qorka mütəmadi olaraq kütləvi informasiya vasitələrində dövlət başçısının siyasətini müdafiə edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.

Ağ Ev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşaviri Sebastyan Qorkanın vəzifəsindən getdiyini təsdiqləyib. "Bizimesr"in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

“Sebastyan Qorka istefa verməyib. Ancaq mən onun artıq Ağ Evdə işləmədiyini təsdiq edə bilərəm”, deyə Ağ Evin nümayəndəsi qeyd edib.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 2390 dəfə