Dövlət büdcəsinə nəzarət gücləndiriləcək

Dövlət əmlakının auditlə əhatə olunan hissəsinin artırılmasına çalışırıq. Məsələn, 2014-cü ildə bu göstərici 3,5 mlrd. manat, 2015-ci ildə 4,2 mlrd. manat, 2016-cı ildə isə 5,6 mlrd. manat təşkil edib. Məqsədimiz dövlət büdcəsinə nəzarətin əhatə dairəsini Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında qeyd olunan minimal göstəriciyə (50%) çatdırmaq və bu göstəricini ötməkdir.

“Report”un  verdiyi xəbərə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 2014-2016-ci illərdə müvafiq olaraq, 8,6 mln. manat, 10,3 mln. manat və 11,3 mln. manat həcmində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib. Halbuki hər il Hesablama Palatasının saxlanmasına 3,1 mln. manat xərclənir. Yəni nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa olunan vəsait həmin quruma xərclənən vəsaitdən 2,8-3,4 dəfə çoxdur. Auditə sərf olunan xərci də nəzərə alsaq, bu fərq bir qədər də artar.

V.Gülməmmədovun sözlərinə görə, bu il Hesablama Palatasının Strateji İnkişaf Planı (SİP) yekunlaşır və artıq 2018-2020-cı illəri əhatə edən yeni SİP-in hazırlanmasına başlanılıb: “Bu planda konkret hədəflərin müəyyən edilməsinə və bu hədəflərə çatılma səviyyəsini dəyərləndirməyə imkanı verən, qiymətləndirilə bilinən meyarların hazırlanmasına çalışırıq”.

Bizimesr.Az

Загрузка...


Oxunub: 3920 dəfə