Mehman Əliyevlə bağlı apellyasiya şikayəti verildi

  • Bölmə: Hadisə  
  • Tarix: 7 sen 2017 [12:14]

“Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. “Bizimxeber"in verdiyi xəbərə görə, bu barədə vəkili Fuad Ağayev məlumat verib.

Qeyd edək ki, dünənki iclasda hakim Azər Tağıyevin müdafiə tərəfinin vəsatətini təmin etməyib və M.Əliyev həbsdə saxlanılıb.

İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 3520 dəfə