Qoca” avtomobilin pəncərəsindən çıxıb qaçmaq istəyərkən vurulub

Xəbər verildiyi kimi, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanmasına yönəlik keçirilən əməliyyat zamanı, polislə bir qrup silahlı şəxs arasında atışma olub.

Bizimxeber.az-a hadisənin bəzi detalları məlum olub. Məlumata görə, E. Məmmədov “Great wall” markalı, 90 US 291 dövlət nömrə nişanlı avtomobillə Bakıdan Hacıqabul istiqamətinə hərəkət edirmiş. PPX əməkdaşları şübhəli avtomobil kimi, sürücüyə dayanma əmri veriblər. Lakin sürücü əmrə tabe olmadığı üçün, hüquq-mühafizə orqanlarının əməkdaşları silaha əl atmalı olublar.

Avtomobildə E. Məmmədov sərnişin qismində olub. Silahlı qarşıdurma zamanı sürücü sükann arxasında öldürülüb. “Qoca” isə, avtomobilin pəncərəsindən çıxıb qaçmaq istəyərkən vurulub. Ağır yaralı olan Məmməmov, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bizimesr.az

Загрузка...


Oxunub: 22600 dəfə