Əziz Orucov azadlığa buraxıldı

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 5 apr 2018 [13:12]

"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə bitib. "Bizimxeber" lent.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, Əziz Orucovun cəzası 3 ilə salınıb.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib.

Prosesdə Əziz Orucovun özü iştirak etməyib. O, saxlandığı cəza çəkmə müəssisəsindən buraxılacaq.

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Orucov 6 il müddətə azadlıqdan məhrum edilmişdi.


Загрузка...


Oxunub: 60400 dəfə