Şok təfərrüat: Bakinskinin edə bilmədiyini o etdi » Bizim Əsr




Şok təfərrüat: Bakinskinin edə bilmədiyini o etdi

  • Bölmə: Hadisə  
  • Tarix: 3 iyn 2018 [13:34]

Hacı Beyləqanskinin həbsiylə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Musavat.com-un məlumatına görə, Moskvanın mərkəzində yerləşən “Ağ ev” restoranında FTX əməkdaşları tərəfindən saxlanılan Beyləqanski orda tək olmayıb.

Məlumata görə, Beyləqanskiylə bərabər restoranda daha bir neçə nəfər olub. Onlar çay içirmişlər. FTX əməkdaşları Hacı və dəstəsindəkilərin silahlı olduğunu bildiyindən restoranda olan kənar adamlara zərər dəyməsin deyə, bir neçə saat gözləməli olublar.

Qəfil hücum zamanı Beyləqanski və ətrafı heç bir müqavimət göstərə bilməyib.

Hacı Moskvaya iki ay bundan əvvəl gəlib. Gələn kimi də Rövşən Lənkəranskinin yaxın qohumu Zaur Əhmədov ona Moskvanın şimal-qərb hissəsində böyük bir mənzil tutub.

Rusiya KİV-in yazdığına görə, Hacı mənzildən çox nadir hallarda çıxırmış. Çıxanda belə zirehli avtomobildə mühafizəçilərlə gəzirmiş. Rusiya mobil operatorlarına etibar etməyən Beyləqanski, rabitə üçün Qazaxıstanın mobil operatorlarının xidmətlərindən istifadə edib.

Məlumata görə, Beyləqanski azı bir kriminal avtoritetin qətlini etiraf edib. Söhbət Danabaş İlqar ləqəbli azərbaycanlı qanuni oğrudan gedir. İlqar Ded Xasan klanının ən sadiq üzvü olub və 6 il əvvəl Moskavnın nərkəzində güllələnib.

Rusiyalı həmkarlarımız Beyləqanskinin həbsi ilə bağlı yazarkən bir maraqlı məqama da toxunublar. Onların yazdığına görə, Azərbaycandan çıxmış kriminal qruplaşmaların Ded Xasanla ədavəti ötən əsrin 90-cı illərinə gedib çıxır.

Həmin illərdə Dedlə Rudik Bakinski arasında qanlı müharibə gedirmiş. Bir dəfə Soçidə Bakinski Ded Xasana sui-qəsd təşkil etsə də, killer son anda sərrast olmamışdı. Əksinə, 1999-cu ildə Rudik Moskvada öldürülmüşdü. Görünür, Bakinskinin eləmədiyini Beyləqanski edə bildi.

Bizimesr.az


Загрузка...


Oxunub: 13070 dəfə