Təbəssümün balaları hər kəsə təbəssüm bəxş etdi

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm ” uşaq- musiqili teatrının adı çoxumuza yaxşı tanışdır. Təbəssüm rəqs qrupu 18 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində onlar çox uğurlar, çox nailiyyətlər əldə edib. Dünyanın bir çox ölkələrində – Türkiyə, Gürcüstan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Bolqarıstan, Ukraniya, Avstriya, Hollandiya və eyni zamanda Beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişlər. Hətta, Təbəssüm rəqs qrupu bu ölkələrdə qızıl medallar qazanmış Qran-Pri və Laureat adına layiq görülmüşdür. Hollandiyada keçirilən Uşaq Eurovision müsabiqəsində Azərbaycanı ilk dəfə məhz Təbəssüm təmsil etmişdir.

Hər il Türkiyədə 23 Nisan Uşaq Şənliyi keçirilir və Təbəssüm 14 dəfə orada iştirak etmişdir. Bu il də uşaqlar Bursa şəhərində keçirilən 40-cı  TRT Beynəlxalq 23 Nisan Uşaq Şənliyində  Azərbaycanı çox uğurla təmsil etdi. Uşaqlarımız Türkiyə Respublikasının Prezidenti, Baş naziri, Türkiyə Milli Məclisinin Sədri ilə, TRT-nin genəl müdiri və bir çox vəzifəli şəxslərlə görüşmüşdü. 

04.06.2018-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” uşaq-musiqili teatrının “ Bizim nəğməli dünyamız” adlı hesabat konserti keçirildi.

Konsertin keçirilməsində məqsəd Azərbaycan və Dünya xalqlarının mədəniyyət və incəsənətinə sevgi aşılamaq, uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, onlara əyləncəli anlar yaşatmaqdır.

“Təbbəssüm” növbəti dəfə bir-birindən maraqlı, rəngarəng rəqslər və mahnılardan ibarət konsert proqramı ilə gələn qonaqların görüşünə çıxdı. Təbəssüm uşaq-musiqili teatrı zamanın nəbzini tutur. Müasir musiqi, mahnı və rəqslərlə yanaşı, Təbbəssüm həmişə vətənimizin qədim və klassik adət-ənnənələrinə, folkloruna, musiqisinə və rəqslərinə müraciət edir. Konsertdə milli və müasir rəqslərlə yanaşı, müxtəlif dünya xalqlarının – “Acar”, “Türkmən”, “Özbək”, “Qırğız”, “Hind”, “Gürcü”, “Yunan”, “Belarus”, “Şərq” rəqsləri də nümayiş olundu. Təbəssümün repertuarı geniş və zəngindi. Onların arasında cizgi filmlərə və nağıl kompozisiyalarına çox böyük  yer ayrılır. Təbəssüm gözəl rəqslərlə uşaqların sevimli nağıl qəhrəmanlarını səhnədə canlandırdı. Konsert müddətində ifa olunan rəqslər gələn qonaqlar tərəfindən bəyənilərək, gurultulu alqışlara səbəb oldu.

Sonda Mərkəzin direktoru Əminə xanım səhnəyə çıxaraq uşaqların tədris ili boyu gördüyü işlərdən və əldə etdikləri nailiyyətlərdən söhbət açdı və belə gözəl tədbirin keçirilməsində əməyi keçən müəllimlərimizi “Fəxri fərman”la mükafatlandırdı.

 

Bizimxeber.Az

Загрузка...


Oxunub: 43720 dəfə