"Bizimesr" Qaynarinfo'ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsində futbol matçlarını izləmək üçün gələnlərə il sonuna qədər viza tətbiq edilməyəcəyini açıqlayıb. 
Ölkə "DÇ-2018" oyunlarını izləmək üçün gələn şəxslərə viza tətbiqini ləğv etmişdi. Azarkeşlər "Fun ID" adlı şəxsiyyət vəsiqəsi alaraq ölkəyə daxil olan və tərk edən zaman bu kartı hava limanında istifadə ediblər.