Azərbaycanlıları təhqir edən veriliş heyəti efirə qayıdır

  • Bölmə: Maqazin  
  • Tarix: 13 avq 2018 [11:55]

Azərbaycan türklərini təhqir edən “Fitilə əmiləri” adlı qrup yenidən İran televiziyasına qayıdır. Bizimxeber.az kult.az-a istinadən xəbər verir ki, “Əkizlər kollektivi” adı ilə televiziyaya qayıdan qrup İran Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan “Fitilə” televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu.
Bizimesr.az


Загрузка...


Oxunub: 26910 dəfə