Mabel Matizin klipindəki 1 dollarlıq əskinaslar başına iş açdı – FOTO\VİDEO

Türkiyənin məşhur ifaçılarından olan Mabel Matiz FETÖ-yə dəstəkdə ittiham olunaraq barəsində araşdırma başladılıb. 

Musavat.com xəbər verir ki, müğənninin “Ya bu işlər nə” adlı klibində 1 dollarlıq əskinaslardan istifadə etməsi ilə FETÖ-yə dəstək verdiyi iddia olunur.

Mabel Matiz dünən İstanbul ədliyyəsinə gedərək bu barədə ifadə verib.

 

ВЩД.jpg (66 KB)

 

Keçən ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddə adları hallanan şəxslərin kütləvi həbsi zamanı evlərindən küllü miqdarda 1 dollarlıq əskinaslar tapılıb. FETÖ adlı təşkilatın rəmzi hesab olunan 1 dollarlıq əskinaslardan klipində istifadə etməklə məşhur sənətçinin də onlara dəstək verdiyinə inanılır.

“Klipin ssenarisini mən hazırlamamışam”

Sənətçi klipində cibindən çıxardığı 1 dollarları ətrafa səpir. Bu vəziyyət Mabel Matizin təşkilata dəstək vermək məqsədilə klibində 1 dollardan istifadə etdiyini iddia edən vətəndaşın polisə şikayətindən sonra yaranıb.

Araşdırma çərçivəsində ifadə verən Matiz sözügüdən klipin ssenarisinin başqası tərəfindən yazıldığını və heç bir siyasi anlam daşımadığını bildirib. Araşdırma isə hələki davam edir.

Sözügedən klipi sizlərə təqdim edirik:

 

Bizimesr.az

Загрузка...




Oxunub: 22150 dəfə