ABŞ vəliəhdi cəzalandırmadı: 56 milyardlıq hədiyyə

  • Bölmə: Dünya  
  • Tarix: 26 okt 2018 [12:10]

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində vəliəhd Məhəmməd bin Salmanın liderliyində keçirilən “Səhranın Davosu” adlandırılan Gələcəyə İnvestisiya Təşəbbüsü Konfransında 56 milyard dollarlıq ticarət sazişləri bağlanıb.

“Bizimxeber” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Enerji naziri Xalid əl-Falih danışıb. 

 

“İmzalanan sazişlərin çoxu ABŞ şirkətlərinə aiddir. ABŞ Səudiyyə Ərəbistanı iqtisadiyyatının əhəmiyyətli bir parçası olmağa davam edəcək, çünki bizi maraqlandıran mənfəətlər konfransın uğursuz boykot çağırışları ilə zəiflədilməsindən daha böyükdür”, – nazir bildirib.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçının yoxa çıxmasından sonra Səudiyyə Ərəbistanına qarşı təklif olunan sanksiyalar arasında konfransın boykot edilməsi də vardı


Загрузка...


Oxunub: 6230 dəfə