Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub

  • Bölmə: Hadisə  
  • Tarix: 26 noy 2018 [12:53]

Neftçalada qohumunu qətlə yetirən şəxs tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 710 dəfə