Qardaşının İŞİD-çi olması sübuta yetirilsə, nazir istefa verəcək

  • Bölmə: Dünya  
  • Tarix: 30 dek 2018 [17:55]

İraqın təhsil naziri Şeyma Hiyali vəzifəsindən istefa verə bilər. Buna səbəb qardaşının İŞİD-ə qoşulması ilə bağlı yayılan iddialardır.
"Terror və terrorçularla hər hansısa bir əlaqəmin olduğu sübuta yetirilərsə, istefamı hamının gözü qarşısında baş nazir Adil Əbdülmehdinin qərarına buraxıram. İŞİD hamı kimi qardaşıma da təzyiq göstərib. Amma o, əlinə silah alaraq heç bir iraqlını öldürməyib və buna dəstək də verməyib", - deyə Hiyali bildirib.
O, qardaşının İŞİD sıralarında olduğunu göstərən görüntülərin provokasiya olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə nazirin qardaşı Leyt Hiyalinin 2014-cü ildə Mosulu ələ keçirən İŞİD dəstəsinin arasında olduğuna dair görüntülər yayımlanıb.


Загрузка...


Oxunub: 1550 dəfə