İmişlidə baş vermiş qəzada dörd nəfər xəsarət alıb

  • Bölmə: Hadisə  
  • Tarix: 30 dek 2018 [17:57]

Bu gün günorta saatlarında İmişli rayonunun Çaxırlı kəndi ərazisindəki avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisısi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, iki VAZ markalı minik maşınının toqquşması nəticəsində Saatlı rayon sakinləri - ata, 59 yaşlı Yurddaş İsgəndər oğlu İsgəndərov, oğlu 39 yaşlı İsgəndər İsgəndərov və Çaxırlı kənd sakinləri - 58 yaşlı Kamal Ağarəhim oğlu Məmmədov, 10 yaşlı Səbuhi Nicat oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Загрузка...


Oxunub: 9140 dəfə