Rəfail Mehrəliyev niyə ərizə yazmaq istəyir?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 12 mar 2019 [15:59]

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinnin rəhbəri Rəfail Mehrəliyev səhhətindəki problemləri bəhanə gətirərək vəzifədən uzaqlaşmaq istəyir. Bizimxeber.az-a daxil olan məlumata görə, səlahiyyətlərinin əksəriyyəti əlindən alınan Mehrəliyev onu heç də yaxşı gələcək gözləmədiyini əla anlayıb.

Məlumata görə, lift korrupsiyasında milyonları mənimsəyən Qüdrət Şükürov işinin hələ də açıq qalması zatən Rəfail Mehrəliyevi bərk narahat edir. Çünki, Şükürovu nəzarətsiz qoyan şəxslərdən biri də elə o olub.

Daha bir maraqlı məlumata görə, Rəfail Mehrəliyevi qoruyan “əl” da artıq qismən zəifləmiş hesab olunur. Daha doğrusu, Eldar Əzizovun kadr məsələsində heç kimə güzəşt etməməsi vəziyyəti bir qədər də çətinləşdririb.  Elə bu səbələr üzündən Rəfail Mehrəliyev vəzifədən getmək üçün yollar axtarır.

Bizimesr.Az

Загрузка...


Oxunub: 11650 dəfə