Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 22 yaşlı Həmdəmin Balakişiyev tələbə yataqxanasının 5-ci mərtəbəsindəki otağının pəncərəsindən yıxılıb. Azərbaycanlı tələbə ağır bədən xəsarəti alıb.
Məlumata görə, Həmdəmin Balakişiyev epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Tələbə yoldaşlarının sözlərinə görə, həmin vaxt o hava almaq üçün pəncərəyə yaxınlaşıb. Bu zaman epilepsiyası tutub və müvazinətini itirərək 15 metr yüksəklikdən beton səki üzərinə düşüb.
Azərbaycanlı tələbə Karaman Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.