Şəhriyar Məmmədyarov: Qələbəyə həsrət qalmışam - FOTO

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2019” superturnirində VII tura yekun vurulub.

Hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu haqqında danışıb:

 “Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin, yenə də mənimlə razılaşmayacaq.

Ümumiyyətlə, Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma, yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı”.

Şaxmatçı qeyd edib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış edib: 

“Səhv etmirəmsə beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdir. Qalib olmağa şansım yoxdur. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm”.

 

 

Bizimesr.az

 



Загрузка...


Oxunub: 8970 dəfə