Sumqayıtda partlayış: yaralılar var

  • Bölmə: Hadisə  
  • Tarix: 7 apr 2019 [11:52]

Bu gün səhər saatlarında Sumqayıt şəhərinin "Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.
Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən "Azərtac"a bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədovayanıq xəsarətləri alıblar.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.
Faktla bağlı polis idarəsində araşdırma aparılır.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 2250 dəfə