Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

  • Bölmə: Hərb  
  • Tarix: 9 apr 2019 [08:56]

Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, bir sıra şəxslər hərbi hissələrin ərazisində çəkdikləri kadrları sosial şəbəkələrdə paylaşır və bununla, qanunvericiliyin tələblərini pozur.

“Son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır.

Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunun müvafiq tələbləri pozularaq düşmənə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.

Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir.B

Bizimesr.az



Загрузка...


Oxunub: 8410 dəfə