“Ambassador” oteldə azyaşlını zorlayan şəxs həbs edildi

 

Ekspress.az xəbər verir ki, bu barədə azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib. Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:

 

“Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanasına göndərilib. İstintaq isə davam edir”.

 

Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov N.Əhmədovun həbs edildiyini təsdiqləyib (oxu.az).

 

Qeyd edək ki, zorlamada ittiham olunan Nəriman Əhmədov “Ambassador” otelin sahibi Asif Əhmədovun oğludur. Zorlama hadisəsinin də həmin oteldə baş verdiyi bildirilir.


Загрузка...


Oxunub: 3790 dəfə