Sinoptiklər Bakıda 19 dərəcə isti vəd edirlər

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 13 apr 2019 [14:15]

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

Bizimesr.az



Загрузка...


Oxunub: 710 dəfə