Məşhur aktrisa intihar etdi – FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 27 apr 2019 [14:40]

Kanadalı model və aktrisa Stefani Şerk intihar edib. Unikal.org xəbər verir ki, bu haqda onu əri Demian Bişir İnstaqramda yazıb.

“Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm” deyə, o yazıb.

37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. 8 gün klinikada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şerkin intihar etdiyi bildirilir. O, uzun müddətdir ki, depressiyadan əziyyət çəkirmiş.

Stefani Şerk “Körpü”, “Telenovella” kimi məşhur seriallarda çəkilib.

  • Məşhur aktrisa intihar etdi -FOTO
Bizimesr.az

Загрузка...


Oxunub: 9470 dəfə