Bakıda beynəlxalq turnirə start verildi

  • Bölmə: İdman  
  • Tarix: 10 may 2019 [15:44]

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) beynəlxalq turnirinə start verilib.

Oxu.Az xəbər verir ki, bu gün 18 idmançımız mübarizəyə qoşulur. Bunlardan üç çəki dərəcəsində mübarizə aparan 10 idmançı qadın, iki çəki dərəcəsində tatamiyə çıxacaq səkkiz cüdoçu kişi millimizin üzvləridir.

Qadınlar:

48 kq

1/16 final. Ramilə Əliyeva – Marina Çernyak (Ukrayna)

1/16 final. Aişə Qurbanlı – Oksana Ağazadə (Rusiya)

1/16 final. Şəfəq Həmidova – Səbinə Qilyazova (Rusiya)

1/16 final. Leyla Əliyeva – Nazlıcan Kılıç (Türkiyə)

52 kq 

1/16 final. Gülşən Nəzərova – Gülbadam Babamuradova (Türkmənistan)

1/16 final. Şəfəq Məmmədova – Karolina Penkovska (Polşa)

1/16 final. Gültac Məmmədəliyeva – Aqata Perents (Polşa)

57 kq

1/16 final. İçinxorlu Munxtsedev – Ruşana Nurcavova (Türkmənistan)

1/16 final. Səkinə Zayirova – Hedviq Karakaş (Macarıstan)

1/16 final. Aleksandra-Larisa Florian – Yuliya Kovalçik (Polşa) 

Kişilər:

60 kq

1/16 final. Oruc Vəlizadə – Haqverdi Cumayev (Türkmənistan)

1/16 final. Tofiq Məmmədov – Yaqo Abuladze (Rusiya)

1/16 final. Əhməd Yusifov – Coşua Kats (Avstraliya)

1/16 final. Orxan Səfərov – Felipe Kitaday (Braziliya)

66 kq

1/16 final. İbrahim Əliyev – Şarles Şibana (Braziliya)

1/16 final. İsmayıl İbrahimov – Georgi Zantaraya (Ukrayna)

1/16 final. İlkin Babazadə – Daniel Karnyin (Braziliya)

1/32 final. Nicat Şıxəlizadə – Məhəmməd Kossekov (Türkmənistan)

Qeyd edək ki, “Böyük Dəbilqə”də milli komandamızın 15 qadın və 28 kişi idmançısı mübarizə aparır. Bu turnir üçün 56 ölkədən 431 cüdoçu Bakıya gəlib. Onlardan 256-sı kişi, 175-i qadındır. 

Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutan “Böyük Dəbilqə”nin təntənəli açılış mərasimi bu gün saat 16:00-da başlanacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 5860 dəfə