Pompeo gözlənilmədən Moskva səfərini təxirə saldı

  • Bölmə: Dünya  
  • Tarix: 12 may 2019 [21:04]

ABŞ dövlət katibi Mayk Pompeo Moskvaya səfərini təxirə salıb.

Frans Press agentliyinin Dövlət departamentinə istinadən verdiyi məlumatına görə, Amerikalı ali diplomat buna baxmayaraq plana uyğun olaraq Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Soçidə görüşəcək.

Rusiya səfərinin birinci mərhələsinin – yəni Moskvaya səfərinin təxirə salınmasına səbəb Pompeonun “təxirəsalınmaz məsələləri”, xüsusilə İranla bağlı gərginliyi Avropa liderləri ilə müzakirə etmək üçün Brüsselə yollanmağı qərara alması olub.

Bundan əvvəl dövlət departamenti Pompeonun 12-14 may tarixlərində Rusiyaya rəsmi səfər edəcəyini elan etmişdi. Onun çərşənbə axşamı Soçidə Putin və Lavrovla müzakirələr aparacağı gözlənilir.

Bizimesr.az



Загрузка...


Oxunub: 2390 dəfə