“Xalıq Faiqoğlu”ya məxsus sərnişin avtobusu qəzaya düşdü (FOTOLAR)

Xırdalan şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. “Bizimxeber” xəbər veriir ki, Unikal.org-un hadisə yerinə olan əməkdaşının verdiyi məlumata görə, “Xalıq Faiqoğlu” MMC məxsus 10 TH-017 dövlət nömrə nişanlı sərnişin avtobus 90-PS-211 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da avtobusa və avtomobilə ciddi ziyan dəyib.

 

Qeyd edək ki, 135 saylı marşrut xətti  Bakının mərkəzindən Xırdalan istiqamətinə (Memar Əcəmi mts-Bakı Mühəndislik Universiteti(keçmiş Qafqaz univ) hərəkət edir.

“Xalıq Faiqoğlu” MMC-dən verilən məlumata görə, bu gün Xırdalan şəhəri Heydər Əliyev prospektində Hyundai Sonata markalı minik avtomobili şirkətimizə məxsus olan və 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub. Belə ki, avtomobilin sükanı arxasında olan xanım sürücü idarəetməni itirərək minik maşınını qarşı hərəkət zolağına çıxarıb. Nəticədə idarəetmədən çıxan minik avtomobili öz yolu ilə hərəkətdə olan avtobusa çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə ilə bağlı aidiyyatı qurum tərəfindən araşdırma aparılır.

Bizimesr.az

Загрузка...


Oxunub: 4640 dəfə