Rəfail Mehrəliyevin iş adamlarına olan borcunu kim ödəyəcək?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 19 may 2019 [23:40]

Bir neçə hün öncə vəzifəsindən qovulan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyevlə bağlı Bizimxeber.az-a maraqlı məlumatlar daxil olub. 

“MTN işi”nə görə həbs olunan və qısa müddətdə müəmmalı səbəblərdən həbsdən çıxan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla qohumluq əlaqələri olan Rəfail Mehrəliyev bununla da əlindəki yüksək postu itirmiş sayılır. Bu da “Eldar Əzizovun mənə gücü çatmaz” deyən Mehrəliyevin sonu.

Amma bu hələ son deyil. Bizimxeber.az-a daxil olan məlumata görə, Rəfail Mehrəliyevin iş adamlarına milyon manatlarla borcu hələ də qalmaqdadır.

Hacıbala Abutalıbovun mer olduğu dönəmlərdə iş adamlarına müqavilə ilə müxtəlif işlər gördürən, 300 minlik iş üçün 500 minlik müqavilə bağlayan Mehrəliyev illərdi onların halal pulunu odəmir və iş adamlarını hər gün aldadır. Bütün günahı Abutalıbovun üzərinə yıxmağa çalışan Mehrəliyev bu yolla sudan quru çıxmağa çalışır.

Məlumata görə, onlarla iş adamına 20 milyondan artıq borcu olan Mehrəliyev bu pulu qaytarmaqda çətinlik çəkir. Odur ki, illərlə gözləyən iş adamları artıq onun bu əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar.

Ümumiyyətlə, məlumata görə, yaxın günlərdə  Rəfail Mehrəliyevlə bağlı bir neçə cinayət maddəsi ilə istintaq başlaya bilər. Belə olduğu təqdirdə onu qarşıda illərlə həbs həyatı gözləyir.

Həmçinin Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı aparılan istinaqla bağlı aylardı içtimaiyyətə heç bir məlumat verilməsə də, bu işdə də Mehrəliyevin adının keçdiyi bəllidir. 

Rəfail Mehrəliyevin borcu olduğu iş adamlarının siyahısını yaxın günlərdə dərc edəcəyik. 

Bizimesr.az

Загрузка...


Oxunub: 33510 dəfə