Azərbaycanlı alpinist Everesti fəth etdi

  • Bölmə: Maraqlı  
  • Tarix: 28 may 2019 [09:03]

Azərbaycanlı alpinist Vadim Vokryaçko 24 mayda planetin ən yüksək nöqtəsi - Everesti (dəniz səviyyəsindən 8848 metr hündürlük) fəth edib və indi evinə qayıdır. Bu gün axşam onun Bakıya çatması gözlənilir.

Bu barədə Oxu.Az-a Vadim Vokryaçko bildirib.

Alpinistin fəaliyyətini izləyirik və onun əvvəlki fəthləri barədə yazmışdıq.

Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər. Everestə qalxmaq təhlükəli sayılır. Bu dağda yüzlərlə alpinist ölüb, buna görə zirvəni həm də “ölüm dağı” adlandırırlar.

“Himalayan Times” qəzeti yazır ki, yaz mövsümündə Everestdə ölən alpinistlərin sayı 10-a çatıb.

Bizimesr.az


Загрузка...


Oxunub: 8300 dəfə