UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya oldu

  • Bölmə: İdman  
  • Tarix: 10 iyn 2019 [08:10]

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasının qalibi müəyyənləşib.

“Dördlər finalı”nın ev sahibi Portuqaliya yığması finalda Hollandiyaya qalib gəlib - 1:0.

Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bu, Ronaldu və Portuqaliya millisinin əksər futbolçuları üçün üç ilə ikinci mühum tituldur.

Qeyd edək ki, bürünc medallara penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 3940 dəfə