Maliyyə Nazirliyinin vəzifəli şəxsi işdən ayrıldı

Azərbaycan Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov təqaüdə çıxması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, boş qalmış posta hələlik yeni təyinat yoxdur.

N.Süleymanov 28 aprel 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Əmək fəaliyyətinə 1973-cü ildə başlayıb.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatında Kadrlar idarəsinin rəisi vəzifəsində işləyib. 2006-cı ilin fevral ayında Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Bizimesr.az


Загрузка...


Oxunub: 3460 dəfə