“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 11 iyn 2019 [06:37]

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

H.Məmmədov qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 3000 dəfə