Müdafiə naziri Aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində - VİDEO

  • Bölmə: Hərb  
  • Tarix: 31 dek 2019 [12:01]

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.


Müdafiə Nazirliyinin verdiyi məlumata görə, aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.


Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.

 

 

 

 

 

 


Загрузка...




Oxunub: 2450 dəfə