Sabiq deputat Fərhad Qəribov oğlunu əmisi oğlu ilə rəqib etdi

  • Bölmə: Siyasət  
  • Tarix: 14 yan 2020 [15:41]

Sabiq deputatlar parlamentdən əl çəkə bilmirlər.

 

Milli Məclisi vərəsəlik biznesi kimi dəyərləndirən və bununla da İlham Əliyevin islahatlar proqramına qarşı çıxaraq təsir etməyə çalışan bəzi deputatlar dolayı yollarla öz yaxın qohumlarını parlament seçkilərinə cəlb edirlər.

 

Sabiq deputat Xanhüseyn Kazımlının ardından 2005 və 2010-cu illərdə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputat seçilmiş Fərhad Qəribov 9 fevral növbədənkənar parlament seçkilərində sözügedən ərazidə oğlunun namizədliyini irəli sürüb.


Unikal.org-un əldə etdiyi məlumata görə, 20.11.1977-ci il təvəllüdlü Qəribov Rəşad Fərhad oğlunun artıq 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi təsdiqlənib. 


Bununla belə, 9 fevral seçkilərində YAP həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun namizədliyini irəli sürüb.


Загрузка...


Oxunub: 3940 dəfə