Çavuşoğlu Haftarın atəşkəs razılaşmasını imzalamamasına münasibət bildirib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına münasibət bildirib.


Nazir bildirib ki, X. Haftar belə edəcəyi təqdirdə, Liviya ilə bağlı Berlin prosesinin heç bir əhəmiyyəti olmayacaq.


“Türkiyənin liderliyi ilə Liviyada atəşkəs və sülhün əldə edilməsi üçün öhdəmizə düşəni etdik, bundan sonra da əlimizdən gələni etməyə davam edəcəyik. Haftarın atəşkəs razılaşmasını imzalamaması kimin müharibə, kimin sülh istədiyini göstərir”, – deyə Türkiyə XİN başçısı vurğulayıb./apa/


Загрузка...


Oxunub: 3940 dəfə