Elza Seyidcahan dostumdur...amma onu Milli Məclisdə görmürəm - Zirəddin Rzayev

Məhşur ekstrasens Zirəddin Rzayev İNTV-də yayımlanan "İri Plan" verilişinin qonağı olub.


Bizimesr.az xəbər verir ki, layihə rəhbəri Nail Naiboğlunun suallarını cavablandıran məhşur öncəgörücü, həkim, psixoloq Zirəddin Rzayev maraqlı müsahibə zamanı bir sıra məsələlərə münasibət bildirib. Həmin müsahibəni qısa xülasələrlə təqdim edirik:


 ....Bu yaxınlarda Azərbaycanda deputat ceçkiləri baş verəcək. Dostumuz Elza Seyidcahan deputatlığa namizədliyini irəli sürüb. Sizcə o deputat ola biləcək?


- Mən çox istəyərdim ki, Elza xanım deputat olsun. Amma millət vəkili kimi bu seçimlərdə təəssüf ki, onu görmüürəm. Mən çox istərdim ki, yanılam...amma hələlik görmələrim mənə onun millət vəkili olacağını göstərmir.


....Deyirlər ki, bir çox halda istər vəzifə adamları, istər şou-biznes nümayəndələri, biznesmenlər məhşurluğa ekstrasenslərin köməyi ilə nail olurlar. Zirəddinin bu fikirlərə münasibəti?

 
- Bu normaldır. Mən bu yaxınlarda Youtube də bir videoya rast gəldim. O iddia edirdi ki, Fazil Məmmədovla görüşüb, ona köməklik edib. Buna görə ona pul veriblər.... Mən hesab edirəm ki, vicdanlı bir insan kiminsə sirrini o vəzifədən çıxandan sonra heç vaxt açıb danışmamalıdır. Mənə də çox müraciətlər olub. Mənim Azərbaycanda görüşmədiyim məmurlar qalmayıb. Bunu mən kamera qarşısında da deyirəm, özləri də görüb dinləcəklər yəqin. Mənim yanımda Azərbaycan məmurlarının 100-də 90-ı mənə müraciət edib. Amma onlardan bəziləri indi vəzifədən çıxıblar. Mən əgər çıxıb onların adlarını açıqlayıb desəm, pisləsəm və yaxud ictimailəşdirsəm,sabah  heç bir məmur mənə müraciət etməyəcək, inanmayacaq, güvənməyəcək. 

 

...Bu yaxınlarda belə bir xəbər yaylıb ki, xalq artisti Tünzalə Ağayeva konfet biznesi yaradır. Səncə Tünzalə Ağayeva bu işdən uğur qazana biləcəkmi?

 

- O da mənim sevdiyim insanlardan, müğənnilərdən biridir.  Belə dəəə... nə yaxşı..nə pis...orta.


Qeyd edək ki, Rusiyada yaşayan həmyerlimiz, məhşur öncəgörücü, həkim, psixoloq Zirəddin Rzayev Rusiyada dövləti tərəfindən xüsusi olaraq dəyərləndirilir. Belə ki, o hüquq-mühafizə orqanları ilə məhsuldar əməkdaşlığı sayəsində, Rusiya Milli Təhlükəsizlik Akademiyası, Moskva Cinayət İstintaq İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən üç ali mükafatla təltif olunub. 


Загрузка...




Oxunub: 36420 dəfə