Lionel Messi zəlzələsi! Manchester City-yə pulsuz ...

  • Bölmə: İdman  
  • Tarix: 7 fev 2020 [21:48]

Barselonada İdman direktoru Abidal ilə münasibətləri gərginləşən Lionel Messinin müqaviləsi ilə bağlı çox danışılan bir mübahisə ortaya çıxıb. Müqaviləsini yeniləməyəcəyi  və komandadan ayrılacağı iddia edilən dünyaca məşhur super ulduzun yeni ünvanı da bildirilib.

 

Ernesto Valverde qovulduqdan sonra hakimiyyətə gələn Setien, komandanın ən qısa müddətdə toplanmasına çalışarkən İdman direktoru Erik Abidal komanda üzvlərini ad çəkmədən ümumi şəkildə tənqid edib: "Valverde dövründə komandada ünsiyyət problemləri var idi və məşqlərdə yaxşı çalışılmırdı. Bir çox oyunçu da xoşbəxt deyildi" -deyə Abidal bildirib. Kapitan Lionel Messi isə Abidalın ünvansız tənqidinə sərt reaksiya verərək - "Hər kəs öz vəzifəsinə görə cavabdeh olmalıdır. Oyunçular haqqında danışarkən ad çəkmək lazımdır"- deyə cavab verib.

Məhz bu gərgin anlarda İtaliyanın "La Gazetta dello Sport" qəzeti Messinin 2021-ci ildə bitəcək müqaviləsini yeniləməyəcəyini və komandadan ayrılma ehtimalının gücləndiyini iddia edib.


Son vaxtlar səslənən tənqidlərdən sonra argentinalı super ulduzunun vəziyyətini yaxından izləyən "Mançester Siti", "Mançester Yunayted", "İnter", "Yuventus" və "PSG"-nin 32 yaşlı futbolçunu öz heyyətlərində görmək üçün bütün "kartlarından" istifadə edəcəkləri deyilir. Messinin maaş tələbinin 60 milyon avro civarında olacağı təxmin edilir.Amma onun ən çox sevdiyi məşqçinin "Mançester Siti"dəki Guardiola olduğu vəziyyəti dəyişdirir. Messinin Guardiolaya görə, "Mançester Siti"yə pulsuz keçəcəyi də bildirilir.  


Загрузка...


Oxunub: 8550 dəfə