İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanası və “Azərxalça” ASC-nin Goranboy filialında olub

  • Bölmə: Region  
  • Tarix: 3 mar 2020 [14:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

 Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Daha sonra ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verib.

 


Загрузка...


Oxunub: 16400 dəfə