Prezident İlham Əliyev Ağstafa rayonundadır - YENİLƏNDİ

Prezidenti İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.
Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib. Prezident İlham Əliyev komplekslə tanış olub.
Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

****

11.00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

 Məlumata əsasən, dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Daha sonra Prezident lham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ağstafa rayonundakı “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Ölkə başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Ağstafa səfəri çərçivəsində Prezident "Ağstafa” elektrik yarımstansiyasının yenidənqurma işləri ilə tanış olub. Ölkə başçısı yarımstansiyanın açılışında iştirak etdikdən sonra 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiya haqqında məlumat verib.Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

 

"Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub


Загрузка...


Oxunub: 18800 dəfə