Mətanət və Manafdan qadağaya münasibət

  • Bölmə: Maqazin  
  • Tarix: 11 mar 2020 [17:21]

Bizim Əsr xəbər verir ki, Xəzər TV-nin rəhbəri Murad Dadaşov müğənnilər – Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova və Damlaya efir qadağası qoyub.

Məlum qadağayla bağlı müğənni Mətanət Əsədova konkret.az-a açıqlama verib.

“Qadağadan xəbərim var. Rəhbər özü bilər. Murad müəllim özü bilər. Oranın rəhbəri odur. O, necə məsləhət bilibsə, elə də olub. Mən rəhbərlə durub rəhbərlik edə bilmərəm! Necə məsləhətdirsə elə də olub”, - müğənni belə deyib.

Müğənni Manaf Ağayev də Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib.Belə ki, lent.az xəbər verir ki, ifaçı qərarla razı olduğunu bildirib:
"Murad bəyin özünə, həm də sənətinə böyük hörmətim var. O, belə məsləhət bilirsə, belə də olsun. Ona dünya boyda hörmətim var. “Hər şey daxil” verilişində baş verənlərdə isə, mənim heç bir günahım yoxdur".

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.


Загрузка...


Oxunub: 20990 dəfə