Əməkdar artist Elnur Kərimovun avtomobili qarət olunub - FOTO

  • Bölmə: Hadisə  
  • Tarix: 17 mar 2020 [15:04]

Respublikanın Əməkdar artisti, tanınmış aktyor və aparıcı Elnur Kərimovun avtomobili qarət olunub. Bizimesr.az xəbər verir ki, bu barədə aktyor öz  “Facebook”  hesabında məlumat verib:


”17-03-2020 tarixində səhər saat 11-10 dəqiqə işləmiş oğlum Tamerlanı həkimə aparmaq isteyəndə gördüm ki, maşının sol arxa şüşəsini sindirib maşının elektrik avadanlığını yararsız hala salbblar. Əlbəttə ki,102 xidmətinə dərhal zəng vurdum və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal gəldilər”.

 

Xatırladaq ki, bir neçə il öncə aktyorun Qaraçuxur qəsəbəsindəki ata evində də oğurluq halı baş vermişdi. Lakin Suraxanı RPİ hələ də oğurluq hadisəsini açmaqda acizlik nümayış etdirir.

 

 

 

 

 


Загрузка...


Oxunub: 16950 dəfə