Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb - DİN

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 25 mar 2020 [15:08]

Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.


E.Zahidov bildirib ki, karantin rejimi müddətində restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət nəzərdə tutulmayıb”. apa


Загрузка...


Oxunub: 9090 dəfə