Pilot ABŞ-ın səmasında rus dilində ismarıc buraxdı

  • Bölmə: Maraqlı  
  • Tarix: 14 may 2020 [15:03]

Naməlum pilot ABŞ səmasında rus dilində iki sözdən ibarət ismarıc yazıb. Bizimxeber.az xəbər verir ki, “FlightRadar” portalının yaydığı məlumatlar bunu sübut edir.


Təyyarənin marşrutu ilə şəbəkədə yerləşdirilmiş xəritədə görünür ki, ekipaj "moi ruki” (mənim əlim) ifadəsini yazıb.


Portalın məlumatına görə, hadisə çərşənbə günü, mayın 13-də, ABŞ-ın Florida ştatında Brauns Farm rayonunda qeydə alınıb. Uçuş, Cessna 172N Skyhawk markalı yüngül təyyarə ilə həyata keçirilib. Fort Lauderdale şəhərindən uçan təyyarə təxminən bir saat havada qalıb.

 


Загрузка...


Oxunub: 34240 dəfə